İran İsrailə məxsus yük gəmisinə raket zərbəsi endirib

Tanzaniyadan Hindistana doğru hərəkətdə olan İsrailə məxsus yük gəmisi Ərəbistan dənizində İran tərəfindən raket atəşinə tutulub.

TASS xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal” televiziyası məlumat yayıb.

Bildirilib ki, gəminin heyət üzvlərindən xəsarət alan olmayıb. lakin zərərin qiymətləndirilməsi gəminin yan alacağı limanında araşdırılacaq.

Gəminin məxsus olduğu “XT Management” şirkətinin rəhbərliyi və İsrail təhlükəsizlik qüvvələri hadisə barədə məlumatlandırılıb.

Xatırladaq ki, bundan əvvəl Baş nazir Binyamin Netanyahu bu ilin fevral ayının sonunda İranı Oman Körfəzində İsrailə məxsus “Helios Ray” gəmisinə hücum etməkdə günahlandırmışdı. Lakin İran Xarici İşlər Nazirliyi İsrailin bu iddialarını qəti şəkildə rədd etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hikmət Hacıyev Cəbrayılda erməni kilsəsinin sökülməsi ilə bağlı iddialara cavab yazdı

Sonrakı məqalə

Türkiyədə torpaq sürüşməsi baş verib –