İran İsraili hədələdi:“Sarsıdıcı cavab verəcəyik”

“İran İslam Respublikası İsrailin Suriyada və regionda maraqlarımıza qarşı hər hansı təcavüzünə və ya ağılsız hərəkətinə qarşı təəssüf doğuracaq sarsıdıcı bir cavab verəcək”.

“Mehr” xəbər agentliyi bildirir ki, bu sözləri agentliyi İranın Xarici İşlər Nazirliyinin  rəsmisi Abbas Musəvi bildirib.

İran rəsmiləri İsraili Suriyanın Tehranla müttəfiq hərbi qüvvələrə hücumlar etməkdə ittiham edir.

İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi keçən həftə Fələstinin silahlı qruplaşmalarına bacardığı qədər dəstək verəcəyini deyib.

“Fələstinin silahlı qruplarının müqaviməti davam etdirəcəyinə inanırıq və İslam Respublikası bu qruplara dəstəyi özünün vəzifəsi hesab edir” – deyə, Ayətulla Əli Xameneyi  özünün veb səhifəsində yazıb.

Birləşmiş Ştatlar prezidenti Donald Trampın keçən ay açıqladığı planına əsasən İsrailə İordan çayının Qərb Sahili, habelə strateji İordaniya vadisindəki bütün yəhudi yaşayış məntəqələrini ilhaq etməyə icazə veriləcək. Fələstinlilərə isə Qəzza, İordan çayının qərb sahilinin bəzi hissələri və İsrailin az sayda insanların yaşadığı bəzi ərazilərini idarə etmək təklif edilib.

Fələstin liderləri bunun İsrailə qarşı qərəzli olduğunu deyərək, planı rədd edib.

“Fələstinlilərin bunu qəbul etməsi qeyri-mümkündür. Bu, beynəlxalq qanunlar və insan haqlarına ziddir. Plan yaşayış məntəqələrinin inşasına bəraət qazandırır. Bu isə hər bir insan haqları təşkilatı tərəfindən rədd edilir. Bu, sülh yolu deyil” – deyə, Əl-Şəbəkə təşkilatından Halah Əhməd bildirib.

Xameneyinin sözlərinə görə, Trampın planı Amerikaya zərər verəçək, belə ki, fələstinlilər israilliləri və amerikalıları cihad yolu ilə uzaq durmağa məcbur edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çindən gələn daha bir azərbaycanlı Kliniki Mərkəzə yerləşdirilib

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi