İran kəşfiyyatı ölkəni tərk etmək istəyən jurnalisti həbs edib-Aksiyaların təşklində ittiham olunur

İran Kəşfiyyat Nazirliyi  xaricdən yayımlanan “Iran International” telekanalının əməkdaşı Elham Əfkarini həbs edib. 

Azpost.info İRNA-ya istinadən bildirir ki, Əfkari ölkədən qaçmaq istəyərkən sərhəd rayonlarından birində tutulub.

İran təhlküəsilzik qüvvələri jurnalisti İranda baş verən iğtitşaşları telekanal üçün çəkilişlər etməkdə və aksiyalarda iştirak edənləri iğtişaşa çağırmaqda ittiham edib.

Əfkarinin fəaliyyəti İranda uzun müddət izlənilib və  iddia edilir ki, jurnalist kütləvi aksiyaların təşkilatçısı olub.

«Iran International» telekanalı Səudiyyədən yayımlanır və İran rəsmən bu telekanalı terror təşkilatı elan edib.

Kəşfiyyat naziri İsmayıl Xatib bəyan edib ki, telekanalın əməkdaşları bundan sonra İran tərəfindən təqib olunacaqlar. Bu telekanalla əməkdaşlıq edənlər İranın təhlükəsizliyi əleyhinə terror fəaliyyətində ittiham ediləcək.

«Iran International» 2017-ci ildə Londonda əsası qoyulub. Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşən telekanal İran hakimiyyəti əleyhinə təbliğat aparır.

 

Əvvəlki məqalə

Azərbaycan səfiri İran XİN-ə çağırılıb

Sonrakı məqalə

Meyxanaçı Rəşad Dağlı məhkəməyə gətirilib