Azərbaycan səfiri İran XİN-ə çağırılıb

Azərbaycan Respublikasının səfiri Əli Əlizadə bu gün axşam saatlarında İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə İRNA məlumat yayıb.

Səfirin XİN-ə çağrılmasına Azərbaycan mediasında İran əleyhinə təbliğatın aparılması səbəb kimi göstərilib.

Nazirliyin Avrasiya idarəsinin baş direktoru və nazirin köməkçisi etiraz məktubunu Azərbaycan səfirinə təqdim edib.

Səfir Əli Əlizadə etiraz məktubunu Bakıya çatdıracağını bildirib.

 

Əvvəlki məqalə

Ərdoğan Özbəkistan Prezidenti ilə görüşüb

Sonrakı məqalə

İran kəşfiyyatı ölkəni tərk etmək istəyən jurnalisti həbs edib-