İran kosmosa kosmonavt göndərmək istəyir
Tehran digər dövlətlərlə əməkdaşlıq yaradaraq, orbitə öz kosmonavtını göndərmək niyyətindədir.
“RİA Novosti” bildirir ki, bu barədə İranın informasiya və kommunikasiya naziri Cavad Azari Cahromi bildirib.
ABŞ-ın bu ölkəyə məxsus 3 kosmik araşdırmalar qurumuna qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Tehran bu istiqamətdə öz işlərini dayandırmaq fikrində deyil.
Bildirilir ki, İran canlıların kosmosa göndərilməsi üzrə artıq təcrübəyə malikdir. 2013-cü ildə iranlı mütəxəssislər iki dəfə primatları kosmosa göndərə biliblər.
