İran Krımı və yeni bölgələri Rusiyanın bir hissəsi kimi tanımır- XİN-dən AÇIQLAMA

“İran Krımı və dörd yeni bölgəni Rusiyanın bir hissəsi kimi tanımır”.

Azpost.info xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

Onun sözlərinə görə, Moskva ilə əla münasibətlərə baxmayaraq,Tehran israr edir ki, Ukraynadakı münaqişə bu vəziyyətdə həll yolu deyil.

“Biz beynəlxalq qanunlar çərçivəsində ölkələrin suverenliyini və ərazi bütövlüyünü tanıyırıq. Buna görə də Tehran və Moskva arasında əla münasibətlərə baxmayaraq, Krımın, Luqansk və Donetsk vilayətlərinin Ukraynadan ayrılmasını tanımırıq. Ukraynadakı münaqişə həll yolu deyil”, – XİN rəhbəri bildirib.

Azpost.info

Əvvəlki məqalə

Putin İran prezidenti ilə Suriyadakı vəziyyəti müzakirə edib

Sonrakı məqalə

Prezident Davos Forumunun iclasında iştirak edir –