Putin İran prezidenti ilə Suriyadakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə edib.

Azpost.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin aktual məsələləri, o cümlədən enerji və nəqliyyat sektorlarında əməkdaşlıq da müzakirə olunub.

“Suriyadakı vəziyyətə də toxunulub. Suriya nizamlanmasının təşviqi üçün əsas mexanizm kimi Astana prosesi çərçivəsində sıx koordinasiyanın davam etdirilməsinin vacibliyi qeyd edilib”, – məlumatda bildirilir.

Azpost.info

 

Əvvəlki məqalə

Bakıda narkotik satan iranlı tələbələr saxlanılıb –

Sonrakı məqalə

İran Krımı və yeni bölgələri Rusiyanın bir hissəsi kimi tanımır