İran nüvə sazişi üzrə danışıqlarda SEPAH-la bağlı tələbindən geri çəkilib- CNN

İran Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə danışıqlarla bağlı irəli sürdüyü tələblərdən birindən geri çəkilib.

Azpost.info xəbər verir ki, bu, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın “terror təşkilatları siyahısı”ndan çıxarılması tələbidir.

CNN bunu ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən yazıb. Ağ Ev sözçünün sözlərinə görə, İran Avropa İttifaqının təklif etdiyi nüvə sazişi layihəsinə cavabında SEPAH-ın məlum siyahıdan çıxarılmasını tələb etməyib.

Telekanalın məlumatına görə, bu tələb nüvə sazişinin bərpası səylərində əsas maneə idi.

Azpost.info

Əvvəlki məqalə

İran ordusunun hərbçiləri Şəhidlər Xiyabanını ziyarət edib-

Sonrakı məqalə

Dünya birjalarında neft bahalaşıb