İran nüvə stansiyasındakı qəzaya görə İsraili günahlandırdı –XİN rəhbəri Zərifdən açıqlama

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Natanz Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzaya görə İsraili günahlandırıb.

IRNA-nın verdiyi xəbərə görə, bu barədə Cavad Zərif parlamentin milli təhlükəsizlik komissiyası ilə görüşdə bildirib.

“İsrail siyasətçiləri və hərbçiləri açıq şəkildə bildirirlər ki, onlar nüvə danışıqları ilə bağlı irəliləməyə və ədalətsiz sanksiyaların ləğvinə imkan verməyəcəklər. Bu gün onlar öz məqsədlərinə çatdıqlarını düşünürlər”,  deyə İran XİN başçısı vurğulayıb.

Cavad Zərif qeyd edib ki, İran nüvə sahəsində irəliləyiş əldə edərək İsrailə cavab verəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə bildirib ki, İran vaxtı çatanda İsraildən intiqam alacaq. O, hadisə nəticəsində istismardan çıxarılan bütün sentrifuqaların “IR1” olduğunu və onların yeni sentrifuqalarla əvəz ediləcəyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Vəziyyət ciddidir… Qapanma qaçılmaz ola bilər” –

Sonrakı məqalə

MTRŞ üzvü Məmməd Cəfərov vəfat edib