İran parlamenti Prezident Ruhaninin məsuliyyətə cəlb edilməsinə səs verib

08 İyun 2021 - 14:09

İran parlamenti ölkə prezidenti Həsən Ruhaninin konstitusiyanın iki qanununu pozduğunu bildirərək onun məsuliyyətə cəlb edilməsinə səs verib.

Parlamentdə 182 deputat Həsən Ruhaninin konstitusiyanın 77 və 125-ci maddələrini pozduğunu bildiriblər və onun məhkəmə tərəfindən məsuliyyətə cəlb edilməsinə səs veriblər.

Qeyd edək ki, adıçəkilən qanun və bəndlər xarici dövlətlər və beynəlxalq təşkilatlarla imzalanan müqavilələrin ölkə daxilində parlament tərəfindən də baxılmasını vacib bilir. İran parlamenti Həsən Ruhani administrasiyasını bu qanunları pozmaqda ittiham edir.(APA)