İran prezidenti 24 iyun hadisələri ilə bağlı Putini dəstəkləyib

Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb. İran prezidenti 24 iyun hadisələri ilə bağlı Rusiya rəhbərliyinə tam dəstəyini ifadə edib.

Azpost.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Vladimir Putinlə İran İslam Respublikasının prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. İran prezidenti 24 iyun hadisələri ilə bağlı Rusiya rəhbərliyinə tam dəstəyini ifadə edib”, – məlumatda deyilir.

Tərəflər ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Putin həmçinin İran rəhbərliyini və xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.

Azpost.info

 

Əvvəlki məqalə

Bakıda orta aylıq əməkhaqqı açıqlanıb

Sonrakı məqalə

“Şoyqunun yerinə Priqojinin dostu gətirilir”