Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Şoyqunun yerinə Priqojinin dostu gətirilir”

User 26 İyun 2023 - 15:58 (Last updated: 21 May 2025 - 20:15)
96945d004d19e019e9fdd5b3547f11e8

Son günlər baş verən hadisələr fonunda rusiyalı ekspertlər müdafiə naziri postunu prezident Vladimir Putinin keçmiş mühafizəçisi – Tula vilayətinin qubernatoru Aleksey Dyuminin tutacağını proqnozlaşdırırlar.

Azpost.info xəbər verir ki, ekspertlərə görə, Aleksey Dyuminin müdafiə naziri, general Surovikinin isə Baş Qərargah rəisi olması ehtimalı yüksəkdir.

“Lakin bu, dərhal baş verməyəcək ki, Şoyqu və Gerasimovun qiyamçıların tələbi ilə uzaqlaşdırıldığı barədə fikirlər olmasın”, – Kremlyönlü politoloq Sergey Markov bildirib.

“Deyəsən, Dyumin indi favoritdir”, – müxalifətçi politoloq Abbas Qalyamov Markovla razılaşır.

Bu gün Z-kanalları kütləvi şəkildə Tula vilayəti hökumətindən Dyuminin qeydiyyatdan keçmiş Tula batalyonunun yerləşdiyi yerə getdiyinə dair məlumatlar dərc edirlər.

“Vaqner”in qiyamı zamanı anonim Telegram kanalları Dyuminin Yevgeni Priqojinlə danışıqlarda iştirak etdiyini bildirmiş, lakin Tula hakimiyyəti bu xəbərləri təkzib etmişdi.

Qeyd edək ki, qiyamın əvvəlində Priqojinin əsas tələbi Şoyqu və Gerasimovun istefası olub.

Dyumin Putinin keçmiş mühafizəçisi və müdafiə nazirinin keçmiş müavinidir. “Meduza” mənbələri onu Priqojinin himayədarlarından biri adlandırıb. Priqojin və Dyumin uzun müddətdir ki, bir-birlərini tanıyırlar və mehriban münasibətdədirlər. Priqojinin siyasi strateqləri 2016-cı ildə Dyuminin seçki kampaniyasında iştirak ediblər.

Azpost.info

Post navigation

Previous: İran prezidenti 24 iyun hadisələri ilə bağlı Putini dəstəkləyib
Next: Lerikdə turla istirahətə gedən şəxs dərəyə düşərək ölüb

Oxşar xəbərlər

kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48

xƏBƏR

kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanın həbs müddəti daha 2 ay uzadılıb. Bu barədə vəkil...
Read more about Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 23 Oktyabr 2026 - 10:06
Borca görə axtarışda olan 88 nəfər saxlanılıb DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.