İran prezidentinin Türkiyəyə səfərinin tarixi məlum oldu

İran prezidenti İbrahim Rəisi türkiyəli həmkarı Rəcəb Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcək.

Azpost.info xəbər verir ki, səfər gələn ilin ilk günlərində baş tutacaq.

Səfər zamanı prezidentlərin sədrliyi ilə yüksək səviyyəli əməkdaşlıq şurasının növbəti iclası keçiriləcək.
Bu formatda əvvəlki tədbir 2022-ci ildə prezident Ərdoğanın Tehrana rəsmi səfəri zamanı baş tutub.

Qeyd edək ki, İran liderinin səfəri bu ilin noyabrında baş tutmalı idi, lakin bəlli olmayan səbəblərdən təxirə salındı.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.