İran Prezidentinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib

İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı axtarış ilərinə “AKINCI” pilotsuz uçuş aparatı və “Cougar” tipli helikopter cəlb edilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, İran hakimiyyətinin Türkiyə Xarici İşlər Nazirliyi vasitəsilə etdiyi müraciət əsasında İran Prezidentinin və onun nümayəndə heyətinin qəzaya uğramış helikopterinin axtarış-xilasetmə işlərində iştirak etmək üçün “AKINCI” pilotsuz uçuş aparatı və gecəgörmə qabiliyyətinə malik “Cougar” tipli helikopter təyin edilib.

Əvvəlki məqalə

Prezidentin helikopterinin qəzaya uğradığı yer dəqiq müəyyən edilib –

Sonrakı məqalə

İran Prezidentinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb