İran Qarabağ erməniləri üçün 60 ton yardım göndərib

İran Qarabağı tərk edib Ermənistana gedən ermənilər üçün 60 ton humanitar yardım göndərib.

Azpost.info bildirir ki, bu barədə Sünik vilayəti administrasiyasının mətbuat xidməti bildirib. Verilən məlumata görə, yük artıq Qafana çatdırılıb. Orada onu vilayət qubernatoru Robert Qukasyan və İranın Ermənistandakı səfiri Mehdi Subhani qarşılayıb.
Humanitar yardıma qida, şəxsi gigiyena vasitələri, adyal, qızdırıcılar və s. daxildir.

Qarabağdan Ermənistana nə qədər erməni getməsi barədə dəqiq məlumat açıqlanmır.

Azpost.info

Əvvəlki məqalə

2023-cü ilin 5 ən zəngin adamının adı açıqlanıb

Sonrakı məqalə

Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan saxlanılaraq Bakıya gətirilib