İran rəsmilərinin xarici səfərlərinə qadağa qoyuldu

İran hökuməti məmurların bütün xarici səfərlərini ləğv edib.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri məlumat verib.

Onun sözlərinə görə, məqsəd koronavirusun ölkədə geniş yayılmasının qarşısını almaqdır.

Qeyd edək ki, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə koronavirusdan ölənlərin sayının 77 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, daha 835 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 336 nəfərə çatıb. Bu günədək 435 nəfər isə koronavirusdan sağalıb.

Ölkənin sənaye, mədənlər və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçivitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 80 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 573-ə çatıb. Bunların 51 043 nəfəri sağalıb, 3 204 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə tibbi maska ixracını məhdudlaşdırdı

Sonrakı məqalə

ÜST: