“İran regionda gərginlik və müharibə istəmir”- BORREL

“İran regionda vəziyyətin gərginləşməsini və ya müharibə istəmir”.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.

O qeyd edib ki, hazırda Yaxın Şərqdəki vəziyyət uçurumun astanasındadır: “Biz bütün insanlar üçün dəhşətli nəticələrə səbəb olacaq bir qərarın astanasındayıq. Mən həqiqətən inanıram ki, İran gərginlik istəmir və ya müharibə axtarmır”.

“İsrail hökumətində fikir ayrılıqları var” deyən Borrel ABŞ-ın İsrail üzərində böyük təsirə malik olduğuna və istəsə, ondan istifadə edə biləcəyinə inandığını bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycanda mitinq çağırışı Ermənistan və ona dost olan ölkələrə sərf edir” –

Sonrakı məqalə

R.Vardanyan –