“İran, Rusiya və Azərbaycanın əməkdaşlığı region üçün çox yaxşı nümunədir” –

Həsən Ruhani
11 İyun 2021 - 16:50

“İran, Rusiya və Azərbaycanın üçtərəfli əməkdaşlıq əlaqələri inkişaf edir ki, bu da region üçün çox yaxşı nümunədir”.

Bu sözləri İran Prezidenti Həsən Ruhani Hörmüzgan vilayətində Rusiyanın köməyi ilə təməli qoyulan İstilik Elektrik Stansiyasının açılışında deyib.

Videoformatda keçirilən mərasimdə Həsən Ruhani Rusiya-İran münasibətlərinə də toxunub. Qeyd olunub ki, iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı region üçün də faydalıdır. Bu əməkdaşlıq regional və qlobal problemlərin həllində əhəmiyyətli rola malikdir.

İran Prezidenti qeyd edib ki, hər 3 dövlət qlobal xarakter daşıyan iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edirlər.