“İran Rusiyadan S-400 zenit-raket kompleksləri almaq istəyir”- “Bloomberg”

İran Rusiyadan S-400 zenit-raket kompleksləri almaq istəyir.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

İsrail də öz növbəsində bunun İranın nüvə proqramına potensial zərbə ehtimalını məhdudlaşdıracağından ehtiyat edir.

İsrail və ABŞ-dakı mənbələr agentliyə bildiriblər ki, İranın Rusiyadan zenit sistemi alması ehtimalı Təl-Əvivdən zərbə endirmə qərarını sürətləndirə bilər.

“Bloomberg” onu da yazır ki, İsrail İranın mümkün nüvə silahı yaratmasından qorxur.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və Türkmənistan prezidentləri görüşüb

Sonrakı məqalə

“Ürəyində heç zaman problem olmayıb” –