“Ürəyində heç zaman problem olmayıb” –Hacı Şahinin köməkçisi

Bü gün dünyasını dəyişən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin dünən səhhətindəki narahatlıqla bağlı həkimə müraciət etdiyi bildirilir.
Qeyd olunur ki, döş qəfəsi nayihəsində yandırıcı ağrı ilə əlaqədar ilahiyyatçı özəl klinikalardan birinə müraciət edib. Lakin nədənsə həmin klinika Hacı Şahini kardioloji nəzarətə götürməyib.
Bəs, ilahiyyatçı hansı özəl klinikaya müraciət edib? Hansı müayinələrdən keçib və ona hansı müalicə təyin olunub?
Hacı Şahinin köməkçisi Qədir bəy Bakupost.az-a bildirib ki, əvvəllər ilahiyyatçının ürəyində heç bir problem olmayıb: “Sadəcə, axşam ürəyi ağrıyıb. Həkimə müraciət edib və müayinə ediblər. Daha sonra evə gəlib. Səhər namaz vaxtı evdə halı pisləşib, yıxılıb və dünyasını dəyişib. Xəstəxanaya sürücüsü ilə gedib. Getdiyi xəstəxana haqqında məlumatım yoxdur. Dəqiqləşdirib məlumat verəcəm”.

İlahiyyatçı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı yeni detal üzə çıxıb. Globalinfo.az-ın məlumatına görə, Hacı Şahinin ürəyinə bir müddət əvvəl stent qoyulub. Son günlər də ürəyində narahatlıq yaranıb.

Xatırladaq ki, ilahiyyatçı Hacı Şahin bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində anadan olub.

Əvvəlki məqalə

“İran Rusiyadan S-400 zenit-raket kompleksləri almaq istəyir”

Sonrakı məqalə

“Almaniya 3000-dən çox ukraynalı əsgərə təlim keçib”