İran sərhədçiləri bir tondan çox narkotik müsadirə ediblər-FOTO

İranın Dövlət Sərhəd Xidmətinin əsgərləri Sistan-Bəlucistan vilayətində 1 tondan çox narkotik vasitə tutublar.

Bu barədə general Əhmədəli Güdərzi mətbuata verdiyi açıqlamda bildirib. O vurğulayıb ki, vilayətin Sərvan bölgəsinin sərhəd alayı xidmət zamanı sərhədi qanunsuz keçməyə cəhd edən qaçaqmalçıları görüb və onları müşahidə ediblər. Qaçaqmalçılar sərhədi keçən zaman həbs olunublar. Onların yükünə baxış keçirilib və 1 ton 177 kiloqram 950 qram narkotik maddə aşkar edilib.

General nəzərə çatdırıb ki, hazırda istintaq aparılır və qaçaqmalçıların İrandakı əlaqələri müəyyənləşdirilir. Onun sözlərinə görə, ötən il ərzində sərhədçilər qaçaqmalçılardan 950 ton narkotik vasitə müsadirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan diasporu BMT-nin baş qərargahı önündə aksiya keçirib –

Sonrakı məqalə

FHN Heydər Əliyev sarayında yanğın barədə məlumatı təkzib etdi