Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“İran uranın zənginləşdirilməsi üzrə limiti 18 dəfə keçib”

User 01 Mart 2023 - 11:20 (Last updated: 21 May 2025 - 20:15)
4a892939-eac53bbf3523d67606597da5fd7d661e

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə sazişində nəzərdə tutulandan 18 dəfə çox zənginləşdirilmiş urana malik olduğunu müəyyən edib.

Azpost.info xəbər verir ki, bu barədə AFP agentliyi MAQATE-nin hesabatına istinadən yazıb.

Agentliyin məlumatına görə, hazırda İranda zənginləşdirilmiş uranın ümumi miqdarı icazə verilən maksimum 202,8 kiloqram əvəzinə 3,76 ton təşkil edir.

MAQATE müfəttişləri həmçinin İranın nüvə obyektində rekord həddə – 83,7 faiz zənginləşdirilmiş uran hissəciklərini aşkar ediblər ki, bu da demək olar ki, nüvə bombası istehsal etmək üçün kifayətdir.

Nüvə silahı yaratmaq üçün 90 faiz zənginləşdirmə tələb olunur.

Hesabatda qeyd edilir ki, MAQATE və İran hələ də bu hissəciklərin haradan gəldiyini müzakirə edir. Tehran zənginləşdirmə prosesində “qəsdən olmayan dalğalanmaları” əsas gətirərək, 60 faizdən çox zənginləşdirməni rədd edir.

MAQATE dəfələrlə Tehranı uranın zənginləşdirilməsini sürətləndirməkdə ittiham edib.

İran bundan əvvəl ölkənin uranın 84 faiz zənginləşdirilməsi səviyyəsinə çatması ilə bağlı iddiaları açıq şəkildə təkzib etmişdi. İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Behruz Kamalvəndi bu xəbərləri “faktların təhrifi” adlandırıb. O, Tehranın indiyədək uranı 60 faizdən çox zənginləşdirmək üçün heç bir cəhd etmədiyini deyib.

Azpost.info

Post navigation

Previous: Polşada Xocalı soyqırımı ilə bağlı elmi konfrans keçirilib –
Next: “Qərb kobudcasına Cənubi Qafqaza soxulur” –

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.