İranın sosial şəbəkələrində əvvəlcə İranın cənub-qərbində, İraqla həmsərhəd olan Xuzistan əyalətinin Əhvaz şəhəri üzərində daha sonra İraq üzərində görünən uçan işıqlı obyektin videosu yayılır.
Suriya Müdafiə Nazirliyinin məlumatına görə, video İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki Baş Konsulluğuna endirdiyi hava hücumundan sonra yayılıb.
“İki video Əhvaz səması və Xuzistan yaxınlığında çəkilib. Bu obyektin mahiyyəti ilə bağlı izahatlar hələ dərc edilməyib”, – bu obyektin videosunu yerləşdirən yeganə rəsmi xəbər agentliyi olan “Jamaran” agentliyinin Telegram kanalında deyilir.
Azpost.info