İran və ABŞ müharibəyə son qoymaq barədə razılığa gəldikdən sonra nüvə ilə bağlı məsələləri müzakirə etmək üçün 60 gün vaxt ayıracaqlar.
Azpost.info bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“Razılığa gəlinib ki, müharibənin bitməsi ilə bağlı memorandum üzərində iş başa çatdıqdan sonra tərəflər 60 gün ərzində müzakirə tələb edən memorandumun bir sıra detallarını, eləcə də bir sıra digər mövzuları müzakirə edəcəklər. Bu mövzulardan biri nüvə ilə bağlı məsələlər olacaq”, – deyə o, brifinq zamanı bildirib.
XİN sözçsüsü deyib ki, Hörmüz boğazının idarə olunması İran və ABŞ arasında anlaşma memorandumuna daxil deyil; bunlar sahilyanı dövlətlər tərəfindən müəyyən ediləcək.
“Memorandumda Hörmüz boğazına gəldikdə isə, biz razılaşmanın detallarını müzakirə etmirik. Boğazın necə idarə olunacağı məsələsinə sahilyanı ölkələr qərar verir”, – deyə Bəqayi brifinq zamanı bildirib.