İran xarici işlər nazirinin müavini Bakıya gəlir

İran İslam Respublikasının xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Doktor Məhəmməd Kazım Səccadpur Bakıya gələcək.

İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, iranlı rəsmi İran İslam Respublikası, Azərbaycan Respublikası və Türkiyənin araşdırma mərkəzləri arasında keçirilən üçtərəfli görüşdə iştirak etmək üçün bu gün Bakıya üç günlük səfər edəcək.

Doktor Səccadpur elmi iclasda iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının bəzi rəsmiləri ilə də görüşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Oktyabrda 20 dövlət müəssisəsi hərraca çıxarılacaq –

Sonrakı məqalə

Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib –