Oktyabrda 20 dövlət müəssisəsi hərraca çıxarılacaq –RƏSMİ

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 12-i və oktyabrın 19-u tarixlərində özəlləşdirmə hərracları təşkil ediləcək.

Xidmətdən bildirilib ki, oktyabrın 12-də keçiriləcək hərraca 14 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, oktyabrın 19-da təşkil olunacaq hərraca isə 6 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi çıxarılacaq.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3c5wjt7)

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Burun damcılarından profilaktik deyil, müalicə üçün istifadə etmək lazımdır –

Sonrakı məqalə

İran xarici işlər nazirinin müavini Bakıya gəlir