İran XİN rəhbəri ABŞ telekanalında Trampa “qorxaq” dedi:“Biz müharibəyə çox yaxın idik"

“İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Qüds xüsusi təyinatlı bölməsinin komandiri Qasım Süleymaninin amerikalılar tərəfindən “qorxaqcasına” qətlə yetirilməsindən sonra ABŞ və İran müharibənin başlanğıcına çox yaxınlaşdı”.

Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “NBC”-yə verdiyi müsahibəsində bildirilib.

“Biz müharibəyə çox yaxın idik, çünki ABŞ İrana qarşı zorakılıq aktına təşəbbüs etdi və bunu, üzr istəyirəm, qorxaqcasına etdi. Onlar Süleymaniyə döyüş meydanında tab gətirə bilmədilər. Buna görə də onlar sülh missiyasını yerinə yetirmək üçün hazırlanmış avtomobildən buraxılan pilotsuz uçuş aparatı vasitəsilə gecənin qaranlığında atəş açdılar”, – Zərif belə deyib.

İranın Xarici İşlər naziri Süleymaninin öldürülməsinə Tehranın ABŞ-a məxsus hərbi bazaya zərbələr endirməklə çox sərrast reaksiya verdiyini bildirib: “ABŞ-a İranın təqib edilə bilməyəcəyini və İrana qarşı edilən hərəkətlərin nəticələrinin olacağını anlatmaq istədik. İnanıram ki, ABŞ rəhbərliyi İran haqqında yanlış anlayışların və yanlış məlumatların nəticələrindən əziyyət çəkir”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda KİV-lərin sayı açıqlandı

Sonrakı məqalə

Çində virusdan ölənlərin sayı 1500-ü keçib –