SEPAH HƏMAS lideri İsmayıl Haniyənin Tehranda qətlinin təşkili üçün İran xüsusi xidmət əməkdaşlarının ələ alınması barədə məlumatı təkzib edib.
Azpost.info İRNA-ya istinadən bildirir ki, bu barədə SEPAH-ın kəşfiyyat işləri üzrə müavini İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının qapalı iclasında çıxışı zamanı bildirib.
Məlumatı parlament komissiyasının rəsmi nümayəndəsi İbrahim Rezai açıqlayıb. İclasda İsmayıl Haniyənin ölümünün araşdırılması ilə bağlı növbəti hesabatı təqdim edib.
“Əl-Qüds” qüvvələrinin komandirinin müavini vurğulayıb ki, şəhid Haniyənin öldürülməsi agentlərin sızmasının nəticəsi deyil. Bu insidentdə sızma məsələsi müzakirə edilmir”, – IRNA xəbər agentliyi Rezaidən sitat gətirib.
Avqustun 3-də “The Daily Telegraph” öz mənbələrinə istinadən iddia edib ki, İsrail kəşfiyyat xidməti Mossad Tehranda HƏMAS siyasi bürosu rəhbərinin qaldığı qonaq evinə partlayıcı qurğular yerləşdirmək üçün İran təhlükəsizlik rəsmilərini ələ alıb. “The New York Times” həmçinin yazıb ki, Haniyə iki ay əvvəl iqamətgaha qoyulmuş bomba nəticəsində ölə bilər.