İrana gedənlərin sayı 3 dəfə artıb –Azərbaycanlılar hansı ölkələrə səfər edir? (RƏQƏMLƏR)

2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,7 dəfə artaraq 1110,8 min nəfər olub.

Azpost.info Dövlət Statistika Komitəsinin məlumatına əsasən bildirir ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Türkiyəyə gedənlərin sayı 1,7 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 21,2 faiz artıb.

Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 17,7 faizi Rusiya Federasiyasına, 11,1 faizi İrana, 8,5 faizi Gürcüstana, 15,4 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib.

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Xəyaldan gerçəyə çevrilən Birlik