İranda 2315 məhbus əfv olunub

- İslam İnqilabının 41-ci ildönümü münasibətilə
10 Fevral 2020 - 17:11

İslam İnqilabının 41-ci ildönümü münasibətilə İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin göstərişi əsasında 2315 məhbus əfv olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi bununla bağlı Ayətullah Xameneiyə müraciət edib.

Müraciətdə 2315 məhbusun əfv edilməsi xahiş olunub.

Ali Lider həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.