İranda 4.3 bal gücündə zəlzələ baş verib

24 Sentyabr 2020 - 17:49

İranın Fars əyalətinin Kənar Təxtə bölgəsində 4.3 bal gücündə zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 16:45-də qeydə alınıb.

Dərinliyi 9 kilometr olan zəlzələ nəticəsində dağıntılar və dəymiş ziyan haqqında hələlik məlumat verilməyib.