İranda 6,1 və 6,4 gücündə iki ardıcıl zəlzələ olub-Ölənlər var (YENİLƏNİB)

İranda 6,1 maqnitudalı zəlzələdən 1 dəqiqə sonra 6,4 maqnitudalı daha bir zəlzələ olub.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Zəlzələ nəticəsində torpaq sürüşməsi baş verib.
Zəlzələnin ocağı Bəndər-Abbas şəhərindən 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
İlkin məlumata görə, elektrik dirəyinin aşması nəticəsində 1 nəfər ölüb.
Qeyd edək ki, bundan öncə İranda 6,1 maqnitudalı zəlzələ baş verdiyi bildirilmişdi.

 

**

İranın cənubunda 6,1 maqnitudalı zəlzələ olub.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi isə zəlzələnin ocağının Bəndər-Abbas şəhərindən 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşdiyi barədə məlumat yayıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Öz işinizlə məşğul olun…” –

Sonrakı məqalə

Prezident İlham Əliyev Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb