“Öz işinizlə məşğul olun…” –Putindən Avropanın ittihamlarına reaksiya

Rusiya prezidenti Putin Moskvanı belarus-polşa sərhəddindəki miqrant böhranına görə ittiham edənlərə cavab verib.

Azpost.info bildirir ki, Putin “Rossiya-1” telekanalına müsahibəsində bu barədə danışıb.

“Ünvanımıza ittihamlar səsləndirənlərin hamısına deyirəm: Öz daxili problemlərinizlə məşğul olun. Özünüzün həll etməli olduğunuz, müvafiq idarələrinizin qərar verməli olduğu məsələləri heç kimin üzərinə atmayın”-deyə Putin vurğulayıb.

Bundan əvvəl Britaniyanın XİN baçısı Elizabet Trass Rusiyanın Belarus-Polşa sərhəddindəki böhrana görə məsuliayyət daşıdığını bəyan edib və Moskvanı Belarusa təzyiq edərək buna son qoymağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Saakaşvili çox zəifləyib, yataqdan dura bilmir…” –

Sonrakı məqalə

İranda 6,1 və 6,4 gücündə iki ardıcıl zəlzələ olub-