İranda 7 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib

İranda iyunun 18-də keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlər təsdiqlənib.

İran Konstitusiyasına Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudayi bildirib ki, prezident seçkilərində iştirak edəcək 7 nəfərin namizədliyi təsdiqlənib.

Onun sözlərinə görə, artıq adlar Daxili İşlər Nazirliyinə (DİN) göndərilib və təsdiq olunmuş namizədlərin adlarını Nazirlik açıqlamalıdır.

Qeyd edək ki, İranda 592 nəfər prezidentliyə namizədlik üçün qeydiyyatdan keçib, onlardan 40 nəfəri qadın olub. Budəfəki prezident seçkilərində 45 tanınmış sima öz namizədliyini irəli sürüb.

Xatırladaq ki, mayın 28-də seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək. İranın “Fars” agentliyi ötən gecə sabiq spiker Əli Laricani, sabiq prezident Mahmud Əhmədinejad və digər bir çox tanınmış simanın namizədliyinin təsdiqlənmədiyini mənbəyə istinadla yayımlayıb. Agentlik Məhkəmə Sisteminin sədri İbrahim Rəisinin, sabiq SEPAH komandiri Möhsin Rzayinin, Ali Təhlükəsizlik Şurasının üzvi Səid Cəlilinin və bir neçə daha nəfərin səlahiyyətinin təsdiqləndiyi haqqında məlumat yayıb. İran DİN yayıMlanan xəbəri təkzib edərək, yalnız Nazirliyin açıqlayacağı siyahının düzgün olduğunu bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pişik AVRO-2020 matçlarının nəticələrini proqnozlaşdıracaq

Sonrakı məqalə

Azad edilmiş rayonlarda 409 yaşayış məntəqəsi tamamilə dağıdılıb –