Azad edilmiş rayonlarda 409 yaşayış məntəqəsi tamamilə dağıdılıb –NAZİRLİK

İşğaldan azad olunmuş ərazilərimizdə inventarlaşdırma işləri davam etdirilir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması həyata keçirilir və məlumatlar elektron informasiya sisteminə inteqrasiya edilir.

Artıq 10229 daşınmaz əmlak və 2817 infrastruktur obyekti olmaqla, 13046 əmlakın inventarlaşdırma işləri tamamlanıb.

Bununla yanaşı, 1532 km avtomobil yolunun, 292 km elektrik, 45 km qaz və 19 km su təchizatı xəttinin, 249 km suvarma şəbəkəsinin (kanallar, arxlar və s.) inventarlaşdırılması başa çatdırılıb. 478 000 ha torpaq sahəsi ortofoto xəritələr əsasında vektorlaşdırılaraq (elektron xəritələşmə) elektron məlumat bazasına daxil edilib.

Ümumilikdə, 10 rayon üzrə 168 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, 9 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub.

Digər yaşayış məntəqələrinə təhlükəsiz giriş imkanları yarandıqca, inventarlaşdırma işləri aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda 7 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib

Sonrakı məqalə

“O səs Türkiyə”də Hadisəni əvəz edəcək şəxs bəlli oldu –