İranda bütün əhali tibbi müayinədən keçiriləcək, küçələr boşaldılacaq

Koronavirus təhlükəsi ilə əlaqədar İranın Ali Rəhbəri Əli Xamneyinin tapşırığı əsasında yaradılan qərargahın bu gün ilk iclası keçirilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, iclasdan sonra jurnalistlərə açıqlama verən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri bildirib ki, 10 gün müddətində bütün əhali tibbi müayinədən keçiriləcək və şübhəli şəxslər nəzarət altına alınacaq.

Onun sözlərinə görə, bunun üçün 1000 tibbi mərkəzi yaradılacaq.

General vurğulayıb ki, bazarlar, alış-veriş mərkəzləri və küçələr 24 saat ərzində boşaldılacaq.

M.Baqiri əhalini Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Eurovision – 2020” ləğv edilməyəcək

Sonrakı məqalə

Müharibə başlasa, Azərbaycan bu silahlardan istifadə edəcək