“Eurovision – 2020” ləğv edilməyəcək

May ayında Niderlandda keçirilməsi planlaşdırılan “Eurovision – 2020” mahnı yarışması koronavirus təhlükəsi ilə əlaqədar ləğv edilməyəcək.

APA-nın “AD” nəşriyyatına istinadən verdiyi xəbərə görə, bu barədə Rotterdam şəhər hakimiyyəti qərar qəbul edib.

Rotterdam bələdiyyə şurasının turizm üzrə üzvü Said Kasmi hakimiyyətin virusun yayılmasına gündəlik nəzarət etdiyini bildirib.

“Hələ ki, yarışma hər hansı əlavə qərarın verilməsini tələb etmir. Hazırlıq işləri davam etdirilir. Düşünürəm ki, aprelin ortasında bu suala bir daha qayıtmaq lazım olacaq, ancaq müsabiqəyə qədər hələ vaxtımız çoxdur”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda iki yeni avtomobil tuneli açılıb

Sonrakı məqalə

İranda bütün əhali tibbi müayinədən keçiriləcək, küçələr boşaldılacaq