İranda etiraz aksiyalarının 3 iştirakçısı barədə edam hökmü ləğv edilib

İranın Ali Məhkəməsi “Bəsic” qüvvələrindən birinin qətlində iştirak etməkdə təqsirləndirilən üç nəfərin edam hökmünü ləğv edib.

Bu üç nəfər Tehranın ətraf ərazilərindən biri olan Kərəc qəbiristanlığında etirazlar zamanı “Bəsic” qüvvələrindən birini qətlə yetirməkdə təqsirləndirilib.

Həmin hadisə zamanı “Bəsic” qüvvələrindən biri öldürülüb və bu hadisənin videosunun yayılması geniş reaksiyalara səbəb olub.

İş üzrə 16 nəfər mühakimə olunub, ilkin qərarlara əsasən onların bəziləri edam, bəziləri isə həbs cəzasına məhkum edilib.

Bu gün həmçinin, Mazandaran Ədliyyə Məhkəməsi Növşəhr şəhərində etirazların başçılarından olan Məhəmməd Mehdi Məhəmmədifəri edama məhkum edib. (APA)

Əvvəlki məqalə

Zakir Həsənov Quru Qoşunlarının qərargahına gəldi –

Sonrakı məqalə

Rusiyalı qrossmeyster idman vətəndaşlığını dəyişir