Rusiyalı qrossmeyster idman vətəndaşlığını dəyişir- İsveçrəni təmsil edəcək (FOTO)

Rusiyalı şahmatçı, qrossmeyster Aleksandra Kostenyuk 2024-cü ilin yanvarından İsveçrənin bayrağı altında çıxış edəcək.

Azpost.info xəbər verir ki, bu barədə İsveçrə Şahmat Federasiyası məlumat yayıb.

“Kostenyuk İsveçrənin qadınlardan ibarət yığmasının üzvü olacaq. Eyni zamanda, zərurət yaranarsa kişilərdən ibarət komandada da oynaya biləcək”, – məlumatda deyilir.

O da bildirilir ki, Kostenyuk Rusiya və Ukrayna arasında müharibə başlayandan bəri idman vətəndaşlığını dəyişən yüksək səviyyəli ilk rus idmançıdır.

Azpost.info

Əvvəlki məqalə

İranda etiraz aksiyalarının 3 iştirakçısı barədə edam hökmü ləğv edilib

Sonrakı məqalə

Qazaxıstanda xərci gəlirindən çox olan məmurlar işdən çıxarılacaq