“İranda insan haqları böhranı yaşanır”- BMT-nin komissarı

“İranda insan haqları böhranı yaşanır. Hakimiyyət rejimə qarşı çıxan dissidentləri sıxışdırır”.

Azpost.info xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk deyib.

Turk BMT-nin İnsan Haqları Şurasının xüsusi iclasında İranda insan haqlarının pozulması ilə bağlı müstəqil, qərəzsiz və şəffaf araşdırmalara çağırıb.

Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurası İranda etiraz aksiyaları zamanı insan hüquqlarının pozulması hallarını araşdırmaq üçün beynəlxalq missiyanın yaradılması haqqında qətnamə qəbul edib.

Sənədə 47 nümayəndə heyətindən 25-i dəstək verib. 6 ölkə, o cümlədən Ermənistan, Çin və Kuba qətnamənin əleyhinə səs verib, 16 dövlət bitərəf qalıb.

Missiyanın vəzifəsi 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı İranda insan hüquqlarının pozulması ilə bağlı müstəqil araşdırma aparmaq olacaq.

Missiyadan Şuranın 2023-cü ilin yayında keçiriləcək 53-cü sessiyasına öz işi barədə şifahi məlumat verməsi də tələb olunacaq.

Azpost.info

 

Əvvəlki məqalə

Bakıda beynəlxalq konfrans keçirilir, Prezident iştirak edir –

Sonrakı məqalə

DTX Naxçıvanda həbslərə başlayıb-