İranda son sutka ərzində 2 531 koronavirusa yoluxma halı qeydə alınıb, 133 nəfər virusun qurbanı olub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari məlumat verib.
IRINN telekanalının efirində o qeyd edib ki, virusun ilk aşkarlandığı andan bəri 212 501 nəfər COVID-19-a yoluxub, 9 996 nəfər isə virusun qurbanı olub. Eyni zamanda azı 172 096 nəfər xəstəlikdən sağalıb.
Qeyd edək ki, İranda bir gün istisna olmaqla, artıq ikinci həftədir gündə 100-dən çox insan virusdan ölür.