DİN Naxçıvan sakinlərinə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) Naxçıvan sakinlərinə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2020-ci ilin 26 iyun tarixindən etibarən Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində (Ünvan: Bakı şəhəri, R.Behbudov küçəsi 130) səyyar xidmət göstəriləcək.

Bunun üçün DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə 012 590 64 43 telefon nömrəsinə hər gün saat 9:00-dan 19:00-dək zəng edərək, əvvəlcədən qeydiyyatdan keçməklə razılaşdırılmış vaxtda qəbul üçün xüsusi nömrə əldə edilməlidir.

Xüsusi nömrələrə əsasən vətəndaşların qəbulu növbəli qaydada xüsusi karantin rejimi tələbləri rəhbər tutulmaqla həyata keçiriləcək.

Yaşayış yerini və olduğu yeri tərk emək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə müvafiq SMS məlumat göndərməklə icazə verilən müddət ərzində DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə gəlməlidirlər.

İnzibati binaya buraxılmış sosial məsafə gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi tələb olunmaqla təmin ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda koronavirus:

Sonrakı məqalə

Sabahdan havanın temperaturu 5-8 dərəcə aşağı enəcək