İranda koronavirusdan ölənlərin sayı artır

- Daha 2 nəfər dünyasını dəyişib
21 Fevral 2020 - 15:12

İranda daha 2 nəfər koronavirusdan dünyasını dəyişib.

“Report” “Al-Arabiya”ya istinadən xəbər verir ki, bununla da ölkə ərazisində ölənlərin sayı 4-ə yüksəlib.

Eyni zamanda İranda 13 yeni yoluxma halının da aşkarlandığı bildirilib.