İranda koronavirusdan ölənlərin sayı ilk dəfə azalmağa başlayıb

- Bir aydan sonra
16 Aprel 2020 - 13:07

“İranda bir aydan sonra koronavirusdan ölənlərin sayı ilk dəfə azalmağa başlayıb və 100 nəfərdən aşağı düşüb. Bu ötən günlərlə müqayisədə ölkədə əldə olunmuş önəmli bir nailiyyətdir”.  

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Ərdəbil əyalətində səfərdə olan İran Səhiyyə Nazirinin müavini İrəc Həriçi deyib.  

İ.Hərirçi qeyd edib ki, ölkənin 16 əyalətində virusa yoluxanlar gündə 0-20  nəfərdir və  ötən günlər bütün əyalətlərdə virusa yoluxma halları azalıb.