İranda məhkəmə iki qadın jurnalisti ötən il həbsdə ölən 22 yaşlı Məhsa Əmini haqqında yazdıqlarına görə uzun müddətə həbs cəzasına məhkum edib.
Azpost.info xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Məhkəmənin hökmü ilə 31 yaşlı Nilufər Həmidi 7 il, 36 yaşlı Elaheh Məhəmmədi isə 6 il həbs cəzası alıb.
Jurnalistlər milli təhlükəsizliyə qarşı hərəkətlərdə və hakimiyyət əleyhinə təbliğatda təqsirli biliniblər.
Vəkillər bildiriblər ki, müvəkkilləri iş üzrə özlərini təqsirli bilməyiblər. Onların apelyasiya şikayəti vermək üçün 20 gün vaxtı var.
Azpost.info