İranda məscidlərdə Məhərrəmlik mərasimləri qadağan edilib

İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarına əsasən, Tehran vilayətinin məscidlərində matəm mərasimləri (məhərrəmlik mərasimləri) qadağan edilib.

Bu, Tehran vilayəti Məscidlərinin Məsələlərin Araşdırılması üzrə Mərkəzinin bəyanatında qeyd olunub.

Məlumatda bildirilir ki, bu qadağa İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarlarının yerinə yetirilməsi ilə əlaqədar məscidlərin qapalı məkan olduğu üçün qəbul olunub: “Məscidlərin imamları, təşkilatçıları və nümayəndələri qapalı məkanda Məhərrəm ayında istənilən matəm mərasimləri, hətta qısa zamanda olsa belə, təşkil etməkdən çəkinsinlər. Sadəcə, camaat namazını səhiyyə protokolları əsasında qılmaqla kifayətlənsinlər.

Həmçinin, açıq məkanları (məscidlərin həyətləri və s.) olan məscidlərdə matəm mərasimlərinin keçirilməsi səhiyyə protokolları əsasında keçirilə bilər. Buna görə məscidlərin imamları insanları səhiyyə protokolları ilə əlaqədar məlumatlandırmalıdırlar”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada binada partlayışdan sonra 38 nəfərin taleyi məlum deyil –

Sonrakı məqalə

Navalnı təyyarə ilə Omskdan Almaniyaya aparılıb