İranda ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb

İranın cənub-qərbində yerləşən Abadan şəhərində 10 mərtəbəli ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.

Bu barədə İRNA məlumat yayıb.

Eyni zamanda 40-a yaxın insan yaralanıb.

Hadisəyə görə şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.

Xatırladaq ki, biznes binası mayın 23-də çöküb. Prezident İbrahim Rəisi fəlakətin səbəblərinin təcili araşdırılmasını və günahkarların cəzalandırılmasını əmr edib.

Əvvəlki məqalə

Makron və Şolts Putini “Azovstal” əsirlərini azad etməyə çağırıb

Sonrakı məqalə

Albaniyanın keçmiş prezidenti vəfat edib