İranda prezident seçkilərində 28,4 mln. insan səs verib

19 İyun 2021 - 07:23

İranda prezident seçkilərində yerli vaxtla saat 02:00-a (Bakı vaxtı ilə 01:30) qədər azı 28,4 milyon insan iştirak edib.

TASS xəbər verir ki, bunu namizəd Abdulnaser Hemmatinin seçki qərargahının nümayəndəsi Cahanbəxş Xancani bildirib.

Onun sözlərinə görə, “Hemməti Daxili İşlər Nazirliyindən səsvermə müddətinin uzadılmasını istəyib, ancaq İran Konstitusiyasının Keşikçiləri Şurasının göstərişinə əsasən bunun mümkünsüz olduğuna dair cavab alıb”.

Bundan əvvəl İranın seçkilərin keçirilməsi qərargahının rəhbəri Camal Orf ölkədə ümumilikdə 59,31 milyon vətəndaşın səs vermək hüququna sahib olduğunu açıqlayıb. Belə olan halda, seçici fəallığı 48% dəyərləndirilir.

Rəsmi seçki məlumatlarının şənbə günü saat 12:00-dək (Bakı vaxtı ilə 11:30-da) elan ediləcəyi ehtimal olunur.