İranda prezident seçkilərində iştirak edəcək namizədlər açıqlanıb –SİYAHI

İran Daxili İşlər Nazirliyi (DİN) iyunun 18-də keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını açıqlayıb.

Tehran bürosunun xəbərinə görə, İran Konstitusiyasına Nəzarət Şurası tərəfindən səlahiyyətləri təsdiqlənmiş namizədlərin adları aşağıdakı kimidir:

1. İranın Məhkəmə Sisteminin sədri ayətullah Seyid İbrahim Rəisi;

2. SEPAH-ın sabiq komandiri Möhsin Rzayi;

3. Sabiq vitse-prezident Möhsin Mehrəlizadə;

4. Ali Təhlükəsizlik Şurasının üzvü Səid Cəlili;

5. İran Mərkəzi Bankının sədri Əbdünnasir Himməti;

6. İran parlamentinin spiker müavini Əmirhüseyn Qazizadə Haşimi;

7. Parlamentin sabiq üzvü Əlirza Zakani;

Tanınmış simalardan spiker Əli Laricani, sabiq prezident Mahmud Əhmədinejad və digər bir çox tanınmış simanın səlahiyyəti təsdiqlənməyib.

Qeyd edək ki, İranda 592 nəfər prezidentliyə namizədlik üçün qeydiyyatdan keçib. Onlardan 40 nəfəri qadın olub.

Xatırladaq ki, mayın 28-də seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə

Qarabağın bərpası ilə bağlı İtaliya və Azərbaycan şirkətlərinin növbəti görüşü keçirilib