Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İranda qalmaqal: Pezeşkian Hörmüzdəki hücumdan xəbərsiz olub

User 14 Sentyabr 2026 - 12:10 (Last updated: 14 Sentyabr 2026 - 12:06)
pezeskian mitinq

ABŞ-ın “The New York Times” nəşri İran hakimiyyətinin yüksək eşelonlarındakı mənbələrə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsinə istinadən Tehranda baş verən ciddi siyasi qalmaqalın təfərrüatlarını açıqlayıb.

Nəşrin məlumatına görə, İranın əsas dövlət strukturlarında yer alan bir sıra yüksək vəzifəli şəxslər, o cümlədən Prezident Məsud Pezeşkian və SEPAH-ın hərbi rəhbərliyi yay aylarında strateji əhəmiyyətli Hörmüz boğazında ticarət gəmilərinə qarşı planlaşdırılan hücumlardan xəbərsiz olub.

Məlumata görə, Pezeşkian hadisədən İraqa rəsmi səfəri zamanı xəbər tutub. Prezidentin buna ciddi qəzəbləndiyi və SEPAH komandanı Əhməd Vahidiyə zəng edərək belə təxribat xarakterli əmrin kim tərəfindən verildiyini soruşduğu bildirilir.

Vahidi isə əməliyyatın onun tərəfindən təsdiqlənmədiyini və hadisənin onun üçün də gözlənilməz olduğunu deyib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının da planlaşdırılan hücumlardan xəbərsiz olduğu iddia edilir.

Sonradan aparılan daxili araşdırma nəticəsində hadisənin mümkün təşəbbüskarı müəyyənləşdirilib. “The New York Times”ın yazdığına görə, hücumlarla bağlı gizli qərarın arxasında SEPAH-ın keçmiş kəşfiyyat rəhbəri, hazırda “Bəsic” yarımhərbi qüvvələrinə rəhbərlik edən Hüseyn Taeb dayanıb.

Hadisə İran rəhbərliyində misli görünməmiş fikir ayrılığı və ciddi böhran yaradıb. Qapalı araşdırmalar zamanı yüksək vəzifəli məmurlar və hərbi rəhbərlər hücumlarda və dövlətə xəyanətdə bir-birlərini açıq şəkildə ittiham ediblər.

İki generalın isə dərhal istefa verəcəkləri ilə bağlı hədələdikləri bildirilir.

Hücumların əsas nəticələrindən biri Vaşinqton və Tehran arasında artıq əldə olunmuş gizli razılaşmaların pozulması olub. Həmin razılaşmaların silahlı qarşıdurmanın başa çatdırılması üçün əsas yaratmalı olduğu bildirilir.

Hadisələr fonunda SEPAH daxilində sərt xətt tərəfdarı olan radikal qüvvələrin mövqelərinin əhəmiyyətli dərəcədə gücləndiyi qeyd edilir.

AzPost.az

Post navigation

Previous: Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq öldü
Next: Ağcabədidə mina təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib

Oxşar xəbərlər

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.